“İstanbul NS” Klinikasının həkimi Anar Salmanov xəstəsini səhv əməliyyat edib?
Bərdə rayonunda sayılıb seçilən xeyirxah insan Ələkbərov Elçin Nadim oğlu,ürək damarına stend qoyulması əməliyyatı zamanı baş verən faciə nəticəsində vəfat etməsi barədə redaksiyamıza şikayət qəbul olunub.
XALQ.AZ xəbər verir ki, vəfat edənin ailəsi, əməliyyatın düzgün aparılmadığını, əməliyyat zamanı damarın zədələndiyini iddia edərək həkim Anar Salmanov haqqında şikayətçi olublar. Onlar baş verən hadisədə həkim səhvi ilə bağlı narazılıqlarını bildirərək, məsələni hüquqi müstəviyə daşıyıblar.
Elçin Ələkbərovun əməliyyatı İstanbul NS Klinikasında həyata keçirilib.
Əməliyyatı Mərkəzi Nefcilər xəstəxanasının, eyni zamanda İstanbul NS klinikasının tanınmış həkimi Anar Salmanov həyata keçirib.
Ailənin iddialarına görə, əməliyyat zamanı ilk olaraq anju olunub daha sonra stend qoyulmalı oluğunu həkim bildirib. Nəticədə stend qoyulan zaman tibbi səhv baş verib və damar zədələnib. Bu zədələnmə, şəxsin həyatını itirməsinə səbəb olub.
Hazırda bu hadisə ilə bağlı araşdırmalar Nərimanov Rayon Prokurorluğu tərəfindən aparılır.
Elcin Ələkbərovun ailəsinin əsas tələbi, hadisənin düzgün araşdırılması və tibbi səhvi varsa, məsuliyyət daşıyan şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasıdır. Onlar, həmçinin ekspertizanın düzgün aparılmasını tələb edirlər.
Doğru.az olaraq qeyd edək ki, qarşı tərəfin də fikirlərini və məsələyə aydınlıq gətirmək istəyinə müsbət yanaşırıq.
Dogru.az