media-humann
 Nəzarət tədbirləri çərçivəsində “Baku Kids Company” QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana” SL əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
AQTA dabaq xəstəliyi ilə bağlı xəbərdarlıq edib
Sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm (GMO) aşkarlanıb.
Südlü qarışıq "Humana" FS 600 q Aptekonline.az - onlayn aptek
Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Məlumat üçün bildirilib ki, ölkəyə idxal olunan bütün uşaq qidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.
Humana 1 süd qarışığı, doğuşdan 800 qr - pandababy
Genetik modifikasiya olunmuş orqanizmlər (GMO) – müasir gen mühəndisliyi metodu ilə laboratoriya şəraitində genetik materialı dəyişdirilmiş canlı orqanizmlərdir. Bu üsul təbiətdə mövcud olmayan yeni bitki, heyvan, bakteriya və virus genlərinin yeni kombinasiyasını yaradır.
Məsələ ilə bağlı danışan professor Adil Qeybulla “Ajans.az”a açıqlamasında deyib ki,GMO genetik motifikasiya olunmuş qidalardır:
Adil Qeybulla istefa verdi Pravda.az
” Bildiyiniz kimi, genlər hər bir qidaya dad, keyfiyyət, müxtəlif xassələr verir. Bu səbəbdən genləri dəyişdirməklə xassələr dəyişdirilir. Məsələn, pomidorun genini dəyişdirərək 500 ilə qədər 12 dərəcədə saxlamaq mümkündür. Əslində GMO ideyası qida çatışmazlığından yaranıb. Bununla dünya qidayla təmin olunur. GMO öz-özlüyündə qorxulu bir şey deyil. Xərçəng və yaxud başqa xəstəliklərin törədicisi rolunda oynamır. Əslində insanlar GMO-nun mahiyyətini dərk etmirlər. Halbuki fast-fudlar, trans yağlar, konservləşdirilmiş yeməklər orqanizm üçün GMO-dan daha təhlükəlidir. Uşaq qidalarının içərisinə qatılan GMO həmin yeməyi xarab olmaqdan qoruyur”.
 media-korp

media-ads728x90

Bənzər xəbərlər