2 sinif şagirdini məktəb direktoru niyə döyüb? -Foto

Sosial şəbəkələrdə ikinci sinif şagirdinin oxuduğu məktəbdə döyülməsi ilə bağlı məlumat yayılıb.

XALQ.AZ xəbər verir ki, iddialara görə hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 90 nömrəli tam orta məktəbdə baş verib.

Paylaşımda məktəbli qızın üz nahiyəsindən güclü zərbə aldığı görünür.

Adıçəkilən məktəb hələ ki, yayılmış görüntülərə münasibət bildirməyib. Polis isə iddialardan məlumatlıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən paylaşımla bağlı hazırda araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asıllı olaraq əlavə məlumat veriləcək.