20 min əlil yenidən yoxlanılacaq

salim

 

 

Komissiyadan keçmiş 20 min şəxs yenidən yoxlanılacaq

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə Tibbi Sosial Ekspertiza Komissiyalarından keçmiş, ancaq hələ də əlilliklərini təyin edən müvafiq arayışlarla təmin edilməyən 20 min şəxsin sənədlərini yoxlamağa başlayıb.

Xalq.az  anspress-ə istinadən xəbər verir ki, 8 Ekspert Kommisiyyasının araşdırmasına görə, artıq onkoloji, dializ xəstələri və 1-ci qrup əlilliyə düşən 2300 nəfər bu arayışlarla təmin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov məlumat verib.