2020-ci ildə hansı müəssisələr açıldı?

2020-ci ilin yanvar-may aylarında istifadəyə verilən müəssisələrin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən XALQ.AZ-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, Naxçıvan Muxtar Respublikasında 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, Gəncə və Şəki şəhərlərinin hər birində 200 çarpayılıq xəstəxana binası istifadəyə verilib.

Həmçinin, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında “Asan Həyat” kompleksi, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlərin açılışı edilib.