2024 Bakıda Olimpiya Oyunları

98

 

“Gələn il təşkil olunacaq Avropa Olimpiya Oyunları bizə çox böyük təcrübə olacaq”.

Bakının 2024-cü il Olimpiya Oyunları üçün namizədliyini irəli sürmək istəyirik.

Xalq.az  SalamNews-a istinadən xəbər verir ki, “Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir Antalyanın Belek bölgəsində keçirilən XII SportAccord Konqresi çərçivəsində “Anadolu” agentliyinin müxbirinə deyib ki, ölkədə yeni idmançılar yetişdirmək üçün araşdırmalar, testlər və analizlər aparırıq:

“14-15 olimpiya təsisatı inşa etdik. İdmançıların yüksək səviyyədə yetişdirilməsi üçün hər cür şəraitimiz var. 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarını təşkil etmək üçün namizəd olduq, ancaq qazana bilmədik. İndi harda səhv etdiyimizi tapmaq istəyirik.

Olimpiya namizədlik prosesində təcrübəsizlik səbəbi ilə müvəffəqiyyətli ola bilmədik, ancaq mübarizəni davam etdirəcəyik. 2024-cü il Olimpiya Oyunlarına namizəd olmaq istəyirik. Tenderi 2017-ci ildə elan ediləcək. Gələn il təşkil olunacaq Avropa Olimpiya Oyunları bizə çox böyük təcrübə olacaq”.