Deputat parlamentlərarası işçi qrupuna rəhbər seçildi

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilən deputatların adları məlum olub.

Milli Məclisin deputatı Tamam Cəfərova Azərbaycan- Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

XALQ.AZ  xəbər verir ki, bununla bağlı özünün sosial şəbəkə hesabında məlumat verən xanım millət vəkili bunları yazıb:“Azərbaycan və Lüksemburq Respublikaları arasında əməkdaşlığın bütün sahələri üzrə daha da inkişaf etməsi üçün bundan sonra da qətiyyətlə çalışacağıq”.