23 ildir ölü olduğu düşünülən 3 uşaq anası sağdır-Video

“XALQ.AZ” xəbər verir ki, bu barədə “ATV” telekanalında yayımlanan “Bizimləsən” verilişində məlumat verilib.

Belə ki, Pərviz adlı gənc anasını axtarmaq üçün sözügedən proqrama müraciət edib.

Aparılan axtarışlar nəticəsində öldüyü zənn edilən qadının əslində sağ olduğu və Bakıda yaşadığı məlum olub.

Anasının tapılmasına hədsiz sevinən Pərviz, “Həyatımda ən gözəl xəbəri mənə verdiniz” deyərək, hər kəsi kövrəldib.

3 övladı olan ananın bu illər ərzində Bakının müxtəlif restoranlarında qabyuyan işlədiyi məlum olub.

Qeyd edək ki, müxtəlif səbəblərdən illərdir ki, övladlarına qadının əxlaqsız olduğu deyilib.Unikal.org

XALQ.AZ