“Azərsu”dan vətəndaşlara qadağa -Kartlara 10 manat yükləmək olar əlavə ödəniş qəbul olunmur

Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”.

XALQ.AZ xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

“Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür. Abonentlər sonradan yerli sukanal idarələrinə və ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər”, – deyə qurum rəsmisi qeyd edib.