Deputat: “Bu sülhməramlı missiya deyil, tam zidddiyət təşkil edir”

Bildiyimiz kimi Xankəndində qarabağlı ermənilər “Miasum” hərəkatının 33 illiyini qeyd etdilər.

Yürüş etdilər, küçələrə çıxıb “Artsax!” deyə bağırdılar, kameralara güc göstəriləri etdilər. Bu Azərbaycan ictimaiyyətində haqlı olaraq narazılıqla qarşılandı. Artıq neçənci dəfədir ki, Rusiyanın sülhməramlı kontingentinin mənsubları bilərəkdən qarabağlı erməni separatçılara havadarlıq edir, onların əməllərinə göz yumurlar.Bu isə sülhməramlı missiya deyil, tam zidddiyət təşkil edir.

Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov bilidrib.

Deputat qeyd edib ki, anlaşılan odur ki, Rusiya Qarabağdakı ermənilərə dolayı şəkildə dəstək verməklə onların Qarabağda möhkəmlənməsinə çalışırlar. Bəli məhz sülhməramlıların icazəsi olmasa bu saxta “bayram” qeyd edilməzdi. Ümumiyyətlə hər şeyi danışıqla, dialoqla, sülhlə həll edib bir yerə çıxarmaq lazımdır. O cümlədən də Rusiya sülhməramlılarının dəqiq funksiyası bilinməli, dayandığı dəqiq yerlər olmaldır. Yəni, onların işi hakim rolunu oynamaqdan ibarət deyil.

Millət vəkili bildirib ki,onların əsas məqsədi sözdə erməniləri qorumaq, toqquşmaların qarşısını almaq olsa da, amma gedişatdan belə görünür ki, sülhməramlılar bölgədə özlərini hakim kimi aparırlar. Biz bu müharibədə qalib gəlmiş dövlət kimi özünə hörmət tələb edir və Ermənistan da, Rusiya da bunu nəzərə almalıdır. Bununla yanaşı, inanıram ki, Rusiya Azərbaycanın dövlət maraqlarını nəzərə alıb, mövqeyimizi dəstəkləyəcək. Ona görə də sülhməramlıların üzərinə qoyulan tapşırıq layiqincə yerinə yetirməlidir. Yəni Rusiyanın bu məsələdə hər hansı qanunda və Azərbaycanın maraqlarından kənar addımlar atacağını düşünmürəm. Ən əsası isə regionun təhlükəsizliyi, inkişafı baxımdan Azərbaycan-Ermənistan arasında davamlı sülh müqaviləsi vacibdir. Günümüzün reallıqları göstərir ki, sülh müqaviləsi olmadan erməni cəmiyyəti nə məğlubiyyəti qəbul edəcək, nə də təhriklərindən əl çəkməyəcək.