Azərbaycan Ordusu müasir hərb tarixinə yeniliklər gətirdi

Qəhrəmanlıq dastanı yazan Azərbaycan Ordusu yaranmasının 103-cü ildönümünü düşmən üzərində möhtəşəm qələbə çalıb, adını dünya hərb tarixinə yazdıran bir qalib ordunun bayramı kimi qeyd edir.

 Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Kamran Bayramov  deyib.

 Onun sözlərinə görə,  Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmrini layiqincəsinə icra edib, qarşısında duran hədəflərə nail olub, uğurla yerinə yetirməsi üçün hər zaman hazır vəziyyətdə olduğunu və gücünü  təkcə  xalqımıza, erməni işğalçılarına deyil, onun havadarlarına, həmçinin bütün dünyaya nümayiş etdirdi.

“Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan ilham Əliyevin komandanlığı altında  dünyanın ən gücü ordularından biri olaraq ən müasir, güclü, peşəkar ordu kimi formalaşdı.  Azərbaycan Ordusu hələ 2016-ci ilin aprel döyüşlərində özünü  dünyanın ən güclü ordularından və qarşıya qoyulan tapşırıqları qıs samanda yerinə yetirməyə hazır olduğunu dünyaya sübut etmişdi.  Bu fikir növbəti dəfə öz təsdiqini 2020-ci ilin payızında Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həyata keçirilən 44 günlük Vətən müharibəsi zamanı bir daha öz təsdiqni taparaq, dünya  tərəfindən də qəbul edildi”- o qeyd edib.

 Deputat əlavə  edib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında rəşadətli Ordumuz 44 günlük savaş zamanı qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlməklə bunu sübut etdi: “Nəinki sübut etdi, yazdığı qəhrəmanlıq salnaməsini, müasir dövrün tələblərinə uyğun olaraq  döyüş meydanında vəziyyəti qısa zamanda öz xeyrinə dəyişib, ciddi uğurlara imza atmağa imkan yaratmağa imkan verən tətbiq etdiyi taktika və strategiya  müasir hərb tarixinə düşdü. Artıq Azərbaycan Ordusunun bu taktika və strategiyası hazırda dünya ölkələrinin hərbi beyin mərkəzələri tərəfindən öyrənilir və təhlil edilir. Bir sözlə Azərbaycan Ordusu müasir hərb tarixinə yeniliklər gətirdi. Bu müharibə dünya hərb tarixində strateji planlaşdırma, hərbi taktika, peşəkarlıq, yeniliklər   baxımından yeni bir səhifə açdı. Qələbəni təmin edən Azərbaycan Ordusunun bu uğurları hələ çox öyrəniləcək. Bəli  Qarabağ savaşı Müzəffər Azərbaycan Ordusunun Qəhrəmanlıq dastanıdır. Gələcək nəsillər ordumuzun bu dastanlarını dönə-dönə oxuyacaq, torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsini həmişə uca tutacaq. Əminəm ki, bu gün 103-cü ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Ordusu bundan sonra da əldə edilən qələbənin əbədiliyini təmin edəcək. Yeni-yeni uğurlara imza atmaq üçün bundan sonra da əzmkarcasına öz peşəkarlıq səviyyəsini artıraraq, dünyanın ən güclü orduları sırasında qərarlaşacaq”.