Ağstafada abadlıq-quruculuq işləri aparılır

XALQ.AZ xəbər verir ki,ölkə rəhbərliyinin müvafiq tapşırığı ilə Ağstafada həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Dağ Kəsəmən kəndinin mərkəzi olan Heydər Əliyev küçəsində aparılan əsaslı təmir işlərinin davamı olaraq uzunluğu 2,2 km olan avtomobil yolu da yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə əsaslı təmir olunan avtomobil yoluna yeni asfalt-beton qatının salınması üçün son hazırlıq işləri görülür. Həmçinin Ağstafada rayon mərkəzində fəaliyyət göstərən ticarət, ictimai iaşə, eləcə də əhaliyə xidmət göstərən digər obyektlərə baxış keçirilib, sahibkar və sakinlərlə müvafiq profilaktik söhbətlər aparılıb. Eyni zamanda rayon əhalisinin koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinin gedişatına diqqət yetirilib.

Возможно, это изображение (5 человек, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (на открытом воздухе)
Возможно, это изображение (дорога)
Возможно, это изображение (на открытом воздухе)