26 yaşlı Eşlinin övladının atası dünyanın ən zənginidir
İlon Maskın daha bir övladı dünyaya gəlib.
XALQ.AZ məlumat verir ki, bu barədə yazıçı Eşli Sent-Kler yazıb.
“Beş ay əvvəl bu dünyaya bir körpə dünyaya gətirdim.
Onun atası İlon Maskdır. Mən bunu övladımızın məxfiliyini və təhlükəsizliyini qorumaq üçün əvvəllər açıqlamamışdım, lakin son günlər məlum oldu ki, tabloidlər nə qədər zərər versə də, bunu etmək niyyətindədirlər”,- Sent-Kler yazıb.
O eyni zamanda əlavə edib ki, kaş açıqlama verməyə ehtiyac duymayaydı.
Qeyd edilir ki, 2002-ci ildə ilk dəfə ata olan Maskın artıq üç fərqli qadından 12 uşağı var.