Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov bacısı oğlu Ramil Ağayev bizdən 1700 manat alıb aldatdı-Şikayət

İlqar Məmmədovun bacısı oğlu bizi aldatdı.

Bunu redaksiyamıza müraciət edən “Ata hüqüq” MMC-nin direktoru Elnur Abbaszadə bildirib.

XALQ.AZ-ın redaksiyasına müraciət edən “Ata hüqüq” MMC-nin direktoru Elnur Abbaszadə özünü Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov bacısı oğlu kimi təqdim edən Ramil Ağayev adlı şəxs bizə qarşı dəıəduzluq edib.

Belə ki, biz vəzifəli şəxsin qohumu olduğu üçün ona inanaraq şirkətimizdə bizi aldadaraq öz qanunsuz xidmətlərini təklif etmiş və bizdə müştərilərimizin aid notarial sənədləri ona həvalə etmişik. Xidmətlərininin təklifi belə olmuşdur ki natariusa getməyərək mən sizin şirkətə aid olan sənədləri müyyən məbləğdə qeydiyyata saldıra bilərəm, və Notarius qeydiyyat kitabın hansı ünvana istəyirsiz gətirə bilərəm.

Bizdə ona inanaraq müştərimizə aid böyük müəssisə sənədlərini tərçümə və notarial qaydada təsdiqi üçün 1700 manat pul verdik. Lakin bu günə qədər nə sənədlərimizi işini həll edirb nə də ki,pulu geri qaytarıb . Bunula bağlı hüquq mühafizə orqanlarına müraciət edərək xahiş edirik ki bu şəxsi tapıb sənədlərimizin və 1700 manat pulumuzu geri qaytarması üçün lazimi tədbirlərgörüsünlər.