Fatma Yıldırım seçicilərlə görüşdü

Milli Məclisin deputatı Fatma Yıldırım Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında yerləşən deputat ofisində növbəti vətəndaş qəbulu keçirilib.

Millət vəkili XALQ.AZ bildirib ki, görüş zamanı seçicilərimizin çoxsaylı müraciətlərini dinlədik. Bunlar əsasən işsizlik və məşğulluq, torpaq, mənzil-kommunal, təhsil, səhiyyə və sosial müdafiə məsələlərini, həmçinin, şəhid ailələri, qazilər və müharibə iştirakçılarının müraciətlərini əhatə edirdi. Görüş zamanı bütün müraciətlər diqqətlə dinlənərək, qeydə alındı. Vətəndaşların problemlərinin həlli üçün tərəfimizdən aidiyyatı orqanlar qarşısında məsələlər qaldırılacaq. Seçicilərimin müraciətlərinin öz müsbət həllini tapacağını ümid edirəm.

Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyənlər YAP Bərdə rayon binasındakı ofisimizə müraciət edə və ya 0554208040, 0518416424, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər.