Millət vəkili Qazilərlə görüşdü-Fotolar

Salyanda Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

Görüş zamanı qəhrəmanlarımızın hər biri üçün məxsusi hazırlanmış Təşəkkürnamələri böyük fəxarət hissi ilə onlara təqdim ​ etdim.

Bunu Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Millət vəkili qeyd edib ki. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edən və Azərbaycan xalqına Zəfər bəxş edən hər bir əsgər və zabitimizlə qürur duyduğumuzu bildirdim. Qeyd etdim ki, Vətən naminə özünü fəda edən şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin igidliyi gələcək nəsillər üçün örnək, vətənsevərlik nümunəsidir.Onu da qeyd edim ki, qazilərimizin bəziləri müalicə kurslarında olduğundan tədbirdə onların valideynləri iştirak edirdi.Səmimi ab-havada keçən görüşdə qazilərimizin qayğıları ilə maraqlandım. Hər birini ayrı-ayrılıqda dinlədim və onları narahat edən problemlərin həlli üçün bacardığımı əsirgəməyəcəyimi bildirdim. Vətən müharibəsində şücaətlər göstərmiş və torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirmiş igidlərimiz sağlamlıqları ilə bağlı dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışdılar, müayinə, müalicə və reabilitasiya kursları keçdiklərini qeyd edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə etdilər. Bununla yanaşı qazilərimiz işsizlik problemi, torpaq məsələsini də diqqətimə çatdırdılar.Yeri gəlmişkən, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisoltan Sadıxova şəhid ailələri və qazilərin işlə təminatına (10 nəfər) göstərdiyi dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onu da qeyd edim ki, Ə.Sadıxov, nəinki Salyan, həm də digər rayonlarda yaşayan bu kateqoriyadan olan şəxslərin iş məsələsinin həllində öz köməkliyini əsirgəmir.Biləsuvar Regional Mədəniyyət İdarəsi rəhbərliyinin bu nümunəvi addımını təqdir edir, bütün dövlət qurumlarını, həmçinin özəl sektorda fəaliyyət göstərən şirkət və müəssisələrin rəhbərlərini qazilərimizin işlə təminatına dəstək göstərməyə səsləyirəm.Gəlin unutmayaq, bu hər birimizin vətəndaşlıq borcudur.