Emin Hacıyev seçicilərlə görüşdü

Bu gün Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatındakı qərargahımızda növbəti dəfə vətəndaşların qəbulunu keçirtdik, seçicilərlə görüşdük.

Bunu Milli Məclisin deputatı Emin Hacıyev bildirib.

Deputat qeyd edib ki,şəhərimizin sakinləri ilə fərdi qaydada görüş zamanı onların müraciət və təkliflərini dinləyib, qayğıları ilə maraqlandıq.

Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, işlə təminat, əlillik vəziyyətinin qiymətləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələrlə bağlı oldu.

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapdı, digər müraciətlər isə deputat səlahiyyətlərinə uyğun nəzarətə götürülərək həll edilməsi üçün aidiyyati qurumlarla əlaqə yaradıldı.