Belarus vasitəsilə taxıl ixracı təklifinə Zelenskidən – Cavab

“Ukrayna hələ Belarus dəmir yollarının köməyi ilə taxılı ixrac etmək təklifini nəzərdən keçirməyə hazır deyil”.

Xalq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

“Bizə Belarus dəmir yolu vasitəsilə getməyi təklif etdilər. Bəli, hətta bunun hansı həcmdə olacağını bilirik. Bizə bunu niyə təklif etdiklərini də başa düşürük. Biz hələ bu formata əməl etməyə və “mehriban qonşularımıza” kömək etməyə hazır deyilik”, – dövlət başçısı bildirib.