Şoyqu əsir götürülən ukraynalı hərbçilərin sayını açıqladı

Rusiya tərəfindən əsir götürülən ukraynalı hərbçilərin sayı 6489-a çatıb.

Xalq.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlayıb.

“Beş gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 126 hərbi qulluqçusu təslim olub”, – deyə Şoyqu qeyd edib.