Abenin mühafizəsində nasazlıq və boşluqlar olub

Sui-qəsd nəticəsində dünyasını dəyişən Yaponiyanın keçmiş Baş naziri Sindzo Abenin mühafizəsində boşluqlar olub.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno deyib.

O deyib ki, hökumət keçmiş Baş nazirin təhlükəsizlik və mühafizə sistemində nasazlıq və boşluqların olduğunu göstərən hesabat alıb.

Yaponiya Nazirlər Kabinetinin sözçüsü isə bildirib ki, hökumət keçmiş baş nazir Sindzo Abenin öldürülməsi ilə bağlı təhlükəsizlik boşluqlarının müzakirəsini və təhqiqatın yekun nəticələrini gözləyir.

Reuters