Rusiya rəsmilərindən maraqlı təklif

Ukraynaya qarşı müharibə davam edərkən, Rusiya rəsmilərindən maraqlı bir təklif gəlib.

Rus siyasətçilər ölkə lideri Vladimir Putini prezident adı ilə çağırmamağı təklif ediblər.

Bildirilib ki, Vladimir Putin indiki “prezident” titulu əvəzinə ölkənin “hökmdarı” kimi təqdim olunsun.

Liberal Demokrat Partiyası (LDPR) Putinin statusuna və roluna daha uyğun olduğu üçün rusca “Pravitel” titulundan istifadə etməyi təklif edib.

LDPR Rusiya mediasında Putinin hazırkı “Prezident” titulunun əslində ilk dəfə 18-ci əsrdə ABŞ-da ortaya çıxdığını və avtokratik mənalara baxmayaraq “Pravitel”dən istifadə edilməli olduğunu gündəmə gətirib.

Qeyd edək ki, partiya ölkə parlamentində 450 yerdən 22-nə malikdir.