İran müzakirələrdə ciddidir

“İran müzakirələrdə ciddidir”

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, müzakirələrin yer və vaxtının açıqlanmaması onun dayandırılması anlamı daşımır: “İran müzakirələrdə ciddidir. Hazırda İran və Qərb ölkələri arasında müzakirələrin davam etdirilməsi üçün məsləhətləşmələr aparılır. Tezliklə növbəti müzakirələrin yeri və vaxtı açıqlanacaq”.

Xalq.Az