Livan agentliyi: Azərbaycan humanizm prinsiplərinə sadiqdir

Livanın rəsmi NNA agentliyi müqəddəs Qurban bayramında Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşlarının iki kəndin əhalisinə yardım etməsi barədə xəbər yayımlayıb.

Agentliyin materialında Kavaşa və Aydoman kəndlərində yerli sakinlərin bu humanitar aksiyanı böyük rəğbətlə qarşıladıqları, kəndlərin meydanlarında Azərbaycan və Livanın dövlət bayraqları dalğalandığı, həmçinin türkmən ağsaqqalları ilə görüşlər keçirildiyi qeyd olunub.

Azərbaycanın humanizm prinsiplərinə həmişə sadiq olduğu vurğulanan xəbərdə diqqətə çatdırılıb ki, rəsmi Bakı Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra Livan xalqına 1 milyon dollar məbləğində yardım göstərib.

AzərTac