Daha 512 nəfər COVID-19-a yoluxdu
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 512 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xalq.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Ölkədə son sutka ərzində 3 760, hazırkı dövrədək isə 7 055 265 test aparılıb.