Milli Məclisin deputatı Fariz İsmayılzadənin təşəbbüsü ilə Lənkəranda ADA Universitetinin müəllimləri tərəfindən təlim keçiriləcək.
XALQ.AZ xəbər verir ki, Lənkəranda təhsil, peşə bacarıqları və məşğulluğun inkişafı istiqamətində qızlar üçün əmək bazarının tələblərinə uyğun bacarıqların öyrədilməsi məqsədilə pulsuz təlim kursları təşkil olunacaqdır.
Təlimlər ADA Universitetinin müəllimləri tərəfindən keçiriləcək.  Təlimə kimlər müraciət edə bilər?
– Ali və ya orta ixtisas təhsil müəssisələrinin hazırkı tələbələri və ya yeni məzunları.
Təlimləri uğurla bitirən iştirakçıların CV-ləri iri holdinq və şirkətlərin İnsan Resursları şöbəsi ilə paylaşılacaqdır.
Bu təşəbbüs gənclərimizin inkişafına və iqtisadiyyata daha fəal inteqrasiyasına töhfə vermək məqsədi daşıyır deyə millət vəkili bildirib.
Təlim fevral-iyun aylarında keçiriləcək.  Müraciət etmək istəyənlər  5 fevral 2025-ci il  tarixinədək  [email protected] email ünvananı məlumatları göndərə bilərlər. 
media-1

media-ads-728x90

Bənzər xəbərlər