Yoluxma AZALDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xalq.Az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 802 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 147 nəfər müalicə olunaraq sağalıb, 9761 nəfər vəfat edib, aktiv xəstə sayı 3152 nəfərdir.

Son sutka ərzində 2424, hazırkı dövrədək isə 7 072 185 test aparılıb.