Rusiya cüdoçuları dünya çempionatına buraxılmayacaqlar

Cüdo üzrə Rusiya milli komandasının Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında iştirakına icazə verilməyəcəyi dəqiqləşib.

Bu barədə Rusiya Cüdo Federasiyasının prezidenti Vasili Anisimov TASS-a açıqlama verib.

O, mundiala qatılmayacaqlarını təsdiqləyib: “Beynəlxalq Olimpiya Komitəsinin qərarı təkcə Rusiyanın cüdo komandasına deyil, bütün idmançılarına şamil edilir”.

Qeyd edək ki, Daşkənddəki dünya çempionatı 6 – 12 oktyabrda olacaq. Daha əvvəl Ukrayna Cüdo Federasiyası Rusiya idmançılarına icazə veriləcəyi halda dünya çempionatını boykot edəcəyini açıqlayıb.

report