Mehriban Əliyevadan Prezidentə doğum günü TƏBRİKİ

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib.

Xalq.az xəbər verir ki, paylaşımda deyilir:

“Doğum gününüz mübarək, cənab Prezident! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!”

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.