Bu gün yeni standartlara yaxınlaşma baxımından müvafiq sertifikatların xüsusi rolu var

“Ümid edirəm ki, sizdən sonra digər media qurumları da bu sertifikatları almaq üçün cəhd edərlər”.

Xalq.Az xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Rəşad Məcid “Global Media Group” MMC-yə IMS sertifikatlarının təqdimat mərasimində çıxışı zamanı deyib.

Daha sonra o, bildirib: “Medianın beynəlxalq standartlara çatması daim bizim gündəmimizdə olub. Nə yaxşı ki, “Global Media Group” bu addımı atıb”. Belə ki, “Global Media Group” öz dinamikliyi ilə yerli mediaya yeni nəfəs gətirib. Düşünürəm ki, bu gün yeni standartlara yaxınlaşma baxımından müvafiq sertifikatların xüsusi rolu var. Ümid edirəm ki, sizdən sonra digər media qurumları da bu sertifikatları almaq üçün cəhd edərlər”.