Tatarıstan rəhbəri Moldovaya buraxılmadı

Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanovun Moldovaya girişinə icazə verilməyib. O, “Xalqlar Dostluğu – 2023” Beynəlxalq Xalq Diplomatiyası Konqresinə uçub. Lakin Moldova sərhədçiləri onun təyyarədən enməsinə icazə verməyiblər. Minnixanovun özünün dediyinə görə, Moldova hakimiyyəti ona arzuolunmaz şəxs statusu verib. Bundan sonra Minnixanovun olduğu təyyarə Kişinyovdan Rusiyaya qaytarılıb.

Minnixanovla birlikdə konqresə “Ak-Bars” holdinqinin rəhbəri İvan Eqorov da uçub. Maraqlıdır ki, o da arzuolunmaz şəxs kimi tanınıb və təyyarəni tərk etməyə icazə verilməyib.

Qeyd edək ki, Minnixanov bu yaxınlarda Tatarıstanda səfərdə olan Qaqauziya vilayətinin muxtar vilayətinin rəhbəri vəzifəsinə namizəd Viktor Petrov və vilayət parlamentinin sədr müavini Aleksandr Suxodolskinin dəvəti ilə Moldovaya uçub.

Moldova hakimiyyəti hələlik bu məlumatı şərh etməyib. “Kommersant” qəzeti Komrat şəhərində qurultayın keçirildiyi Qaqauziyanın siyasətçiləri və ictimai xadimlərinin Moldova hakimiyyətini dəfələrlə tənqid etdiyinə diqqət çəkir.

O da maraqlıdır ki, onların çoxu Rusiyanın Ukrayna ərazisindəki hərəkətlərini dəstəkləyir.

 

sia.az

 

Sevinc