Partiya sədri həbs edildi

Ermənistanda fəaliyyət göstərən “İctimai Səs” partiyasının şura sədri Artak Qalstyan 2 ay müddətinə həbs edilib.

Bu barədə İrəvan məhkəməsinin saytında bildirilib.

İstintaqın məlumatına görə, Qalstyan “Vətənin gücü” partiyasının lideri Tiqran Arzakantsyan və onun həyat yoldaşı Natalya Rotenberq cütlüyünün ləyaqətini alçaldan məlumatların ictimaiyyətə açıqlanmaması üçün 110 min dollar tələb edib.

Xatırladaq ki, Qalstyan dünən saxlanılıb və barəsində İstintaq Komitəsi tərəfindən araşdırma davam etdirilir.

 

modern.az

 

Sevinc