Dispanserdə bıçaqlanma

Respublika Narkoloji Dispanserində bıçaqlanma olub.

Hadisə dispanserin mətbəx otağında qeydə alınıb.

Məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü Əzizov Seymur Bəxtiyar oğlu, heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Məhərrəmov Əziz Fərzulla oğlunu bıçaqlayıb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

apa

 

Sevinc