“Azəriqaz” xəbərdarlıq etdi

Aprelin 21-də saat 22:00-dan aprelin 22-də saat 10:00-a qədər, həmin gün saat 22:00-dan aprelin 23-də saat 10:00-a qədər Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Qəza Çağrı Xidməti şöbəsinin istifadəsində olan serverlərdə texniki-profilaktiki işlər görülməsi ilə əlaqədar ödəniş sistemləri işləməyəcək, eləcə də 104/185 qısa yığım nömrələrinə zənglər daxil olmayacaq.

Xalq.Az-ın xəbərinə görə, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 21 aprelə qədər balansında kifayət qədər qaz olmayan abonentlər mütləq qaydada smart-kartlarına yükləmə etməlidirlər:

“Əgər qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranarsa, vətəndaşlar Çağrı Mərkəzinin 077 3 104 104 “WhatsApp” nömrəsi və azeriqaz.az saytının onlayn çat bölümü vasitəsilə müraciətlərini ünvanlaya bilərlər. Ünvanlanan bütün müraciətlərlə bağlı mütləq qaydada Çağrı Mərkəzinin əməkdaşları geri zəng edəcək”.

 

Sevinc