Azərbaycanla Ermənistan sərhədində – yeni məlumatverici lövhə

Azərbaycanla Ermənistan sərhədində – Laçın dəhlizinin girişində yaradılan sərhəd-buraxılış məntəqəsinin qarşısında yeni məlumatverici lövhə quraşdırılıb.

Lövhədə sərhədi keçən şəxslərin Azərbaycan Respublikasının suveren ərazilərinə daxil olması qeyd edilib.

Lövhədəki məlumat Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də əks olunub.

qafqazinfo
Sevinc