“UNİBANK”dan şikayət var

“Unibank” əməkdaşının səhvinə görə müştərisinə kömək etmək gücündə deyil. Tribunainfo.az bildirir ki, Elməddin Ağayev şikayətində belə yazıb. Onun sözlərinə görə, 13 martda “albalı kart”la 12 taksitə bölünməklə məhsul alıb: “Unibank” əməkdaşları 1 müddət əvvəl albalı kartının ləğv olunduğunu və ukartlara keçid edildiyi və filiala yaxınlaşıb kartı dəyişməyi bildirmişdi. 13 mart tarixində Unibank Neftçilər filialına yaxınlaşıb kartı dəyişdim. Əməkdaş taksitlərin və borcların olduğu kimi yeni karta transfer olacağını bildirdi. Ödəniş tarixi 13-23-ü qeydə alındı. Bir müddət sonra şəxsi kabinetdə 420 manatın taksit yox, kredit xətti üzrə qeydə alındığını gördüm. Bankla əlaqə saxladım və 420 manatı 12 aya böldüyümü səhv etdiklərini bildirdim. Həlli yolu kimi kartdan 420 azn məblği çıxarış edib yenidən karta qoymağımı və nağdlaşdırma komissiyası və faizi ödəyərək məbləği 9 aya böləcəklərini bildirdilər. Danışıqlardan sonra komissiyanı və faizi “bağışlayacaqlarını” bildirdilər. Nağdlaşdırma zamanı banka bildirməyimi istədilər. Neçə gündür bankla əlaqə saxlayıram. Kömək etmirlər. Araşdırma gedir. Cinayət araşdırılır elə bil. 23 ü olmağına baxmayaraq məbləğə faiz gəlib artıq.
Dərdimizi kimə deyək. Mərkəzi banka online müraciət etmişəm. Cavab yoxdur”.

 

Sevinc