Atəşkəs olsa da, döyüşlər gedir

72 saatlıq atəşkəsə baxmayaraq Sudanın bəzi bölgələrində döyüşlər davam edir.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, döyüşlər televiziya və radio binaları yaxınlığında baş verib.
Bildirilib ki, bölgədə yanacaq yoxdur, həkim çatışmazlığı var və insanlar yemək almaqda çətinlik çəkirlər.
Atəşkəsdən əvvəlkindən daha sakit olmasına və təxliyələrin davam etməsi üçün vəziyyətin kifayət qədər yaxşı olmasına baxmayaraq partlayışlar və atəş səsləri hələ də eşidilir.
Məlumata görə, partlayışlar və atışmalardan insanlar yata bilmir:
“Dəstələr həmçinin evləri və boş binaları qarət edir, avtomobilləri və nəqliyyat vasitələrini hədəfə alırlar. Yerli əhali atəşkəs bitdikdən sonra nə baş verəcəyindən qorxur. Döyüşlər başlayandan bəri ən azı 459 nəfər həlak olub, lakin faktiki sayının daha çox olduğu düşünülür”.
Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlı bölmə hesab olunan Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında silahlı qarşıdurma gedir. Vəziyyət ordunun komandiri, eyni zamanda Suveren Şuraya (ölkənin idarəetmə orqanı) rəhbərlik edən Əbdülfəttah əl-Burhan ilə RRF komandiri Məhəmməd Həmdan Daqalo arasındakı ÇRQ-nin nizami orduya planlaşdırılmış inteqrasiyası ilə bağlı fikir ayrılığı səbəbindən gərginləşib. Bu, Sudanın mülki idarəçiliyə qaytarılması ilə bağlı razılaşmanın şərtlərindən biri hesab olunur.

Xalq.Az

 

Sevinc