Ağsuda Ümummilli Liderin 100 illiyi ilə bağlı tədbir keçirilib

Bu gün Ağsu rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə bağlı tədbir keçirilib.T Tədbirdə Ağsu rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, milli məclisin deputatları İqbal Məmmədov, Tahir Kərimli, Sabir Hacıyev, Novruz Aslan, “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev iştirak edib.

Əvvəlcə Ağsu rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun, rayonun hüquq-mühafizə təşkilatlarının rəhbərləri və Ağsu rayon ictimaiyyəti ilə birgə Ulu Öndər Heydər Əliyevin Abidəsi ziyarət edilib. Sonra Ağsu rayon mədəniyyət evində Heydər Əliyev ili çərçivəsində konfrans baş tutub.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı İqbal Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrü dövlət müstəqilliyimizin möhkəmlənməsi dövrüdür: “Onun gücü xalqa arxalanmasında və onlarla birgə olmasında idi. Fəaliyyəti dövründə həmişə xalqına xidməti qarşısına məqsəd qoyan Heydər Əliyev vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün var qüvvəsi ilə çalışırdı. Heydər Əliyevin Azərbaycan dövlətini inkişaf etdirərək, onun dünyanın ən qüdrətli və zəngin dövlətləri sırasına çıxarılması istiqamətində apardığı məqsədyönlü işlər əvəzolunmazdır”.

Daha sonra Ağsu rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından söz açıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Ulu Öndər xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib.

“Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev deyib ki, bu gün müstəqil Azərbaycan dövləti istər regionda, istərsə də beynəlxalq aləmdə təşəbbüskar, ideyaverici və siyasi-iqtisadi mərkəz rolunda birmənalı söz sahibinə çevrilibsə, bu təməlin gerçəkləşdirilməsində, atılan addımların hər birində Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi dayanmaqdadır: “Siyasətdə belə bir deyim var – siyasətçi seçki üçün, dövlət xadimi isə xalq üçün çalışır, fəaliyyət göstərir, əmək sərf edir. Ulu Öndər də dövründə yalnız siyasətçi kimi deyil, həm də dövlət xadimi olaraq xalqının, dövlətinin gələcək müqəddəratı barədə düşünüb. Bu gün biz onun zəhmətinin bəhrəsini görməkdəyik”.

Milli Məclisin deputatları Tahir Kərimli, Sabir Hacıyev, Novruz Aslan da çıxışlarında bildiriblər ki,
Heydər Əliyevin ideyaları qalib gəlir, yaşayır. Bu isə insanlara xoşbəxtlik gətirir. Dövlətimizi möhkəmləndirir. Hər birimiz çalışmalıyıq ki, Heydər Əliyevin siyasi kursu uzun illər davam etsin. Azərbaycanın iqtisadi gücü möhkəmlənsin, əhalinin sosial rifahı artsın. Azərbaycan dünyada güclü, qüdrətli dövlət olsun. Heydər Əliyev dünya çapında tanınmış dahi bir lider olduğu üçün ümumiyyətlə, dünyanın hər yerində abidəsi ucaldıla bilər.

Tədbirə müzakirələrlə yekun vurulub.