Prezident bu ölkəyə buraxılmayacaq – QADAĞA

Rusiya Prezidenti Vladimir Putinin Moldovaya girişi qadağan edilib.

Bunu ölkənin Baş naziri Dorin Reçan deyib.Nazir bildirib ki, Putin Moldovaya buraxılmayacaq Rusiya rəsmiləri siyahısındadır.

“Moldovaya girişinə qadağa qoyulan Rusiya rəsmilərinin siyahısı var. Bəziləri bilir, bəziləri isə ölkəyə gələndə biləcək”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, Putinə qoyulan bu qadağanın səbəbi açıqlanmayıb.
tribunainfo.az