“Baku Elektronics”dən yenə ŞİKAYƏT var

Şikayətim “Baku Electronics”dəndir. Aprelin 22-si telefon almışam, amma batareyada problem var. Telefonu qaytarmaq istəyirəm, milyon bəhanə gətirib telefonu geri götürmürlər. Halbuki 14 gün ərzində geri götürməlidilər.

Bu problemlə vətəndaş Günel Qəniyeva üzləşib. O bildirib ki, servisə yönləndirilən telefonda olmayan cızıqları müəyən ediblər:

“Servisdə telefona baxdılar. Amma telefonun korpusunda olmayan cızıqları aşkarladılar. Cızıqlar olduğuna görə götürə bilməzlər dedilər. Hətta öz qablaşdırmasında olan enerji cihazının üzərində belə cızıq tapdıqlarını da akta yazıblar. Deyəndə ki, qablaşdırmada olan cihazda necə cızıq tapdınız, deyir, ola bilsin işçimiz səhv edib, yanlış görüb. Bu nə deməkdir?
14 gün ərzində malı qaytarma kimi hüququm var, amma bunu danırlar”.

tribunainfo.az