Kahramanmaraşda inşa olunacaq şəhərciyin təməlqoyma mərasimi

Azərbaycanın Kahramanmaraşda inşa edəcəyi şəhərciyin təməlqoyma mərasimi keçirilib.

Təməlqoyma mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev videobağlantı şəklində qatılıb.

Mənzillərin 1 il ərzində sahiblərinə təhvil verilməsi nəzərdə tutulub.

***

Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST”də çıxışı zamanı bildirib.

O qeyd edib ki, artıq layihənin təməli atılıb və 1 il ərzində həmin evlər zəlzələ zamanı evlərini itirmiş şəxslərə təhvil veriləcək.

Ərdoğan qeyd edib ki, şəhərcikdə məktəb, məscid və digər tikililər də inşa ediləcək.