Həftəsonu 3 gün evdəyik?

Mayın 9-da Azərbaycanda da Faşizm üzərində Qələbə günü qeyd edilir və qeyri-iş günüdür.

Şənbə və bazar günləri isə 6 və 7 may tarixlərinə düşür.

Beləliklə, ənənəyə uyğun olaraq, qeyri-iş günlərinin ardıcıllığının təmin edilməsi məqsədi ilə 6 may tarixinin 8 mayla əvəzlənəcəyi və 7, 8 və 9 may tarixlərinin ardıcıl qeyri-iş günü olacağı gözlənilir.

Qeyd edək ki, Nazirlər Kabineti hələ bu qərarı elan etməyib.