Bu avtomobillər BAHALAŞDI

Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq edilən yeni məhdudiyyət daxili bazarda ikinci əl avtomobillərin qiymətinin artımına səbəb olub.

Artıq bu ilin yanvar ayından ölkəyə gətirilən avtomobillərin qiymətində 5-7 faiz artım müşahidə olunur. Bahalaşma ölkəyə gətirilən avtomobillərin sayını azaldıb. Belə ki, Dövlət Statistika Komitəsinin statistiksına əsasən, 2021-ci ildə Azərbaycana gətirilən avtomobillərin sayı 1 566 743, 2022-ci ildə isə 1 349 307-dir. 2023-cü ilin yanvar ayında isə ölkəmizə 102 milyon 620.56 min ABŞ dolları dəyərində 6 881 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

İqtisadçılar hesab edir ki, əsas məqsəd də məhz bu idi. Məhdudiyyətin tətbiqi ilə ölkədə maşın sayının azalmasına nail olmaq istəyirdilər. Məhdudiyyət həm də ona görə qoyuldu ki, hər kəs avtomobil almaq imkanına malik olmasın və bununla da paytaxtda tıxac probleminin qarşısı alınmış olsun.

 

tribunainfo.az

 

Sevinc