Deputat təkliflə çıxış etdi

Ədalət naminə demək lazımdır ki, ictimai tv yüksək səviyyəli efir məkanına çevrilib.
Bunu Milli Məclisin iclasında millət vəkili Razi Nurukkayev bildirib
Deputat qeyd edib ki, məncə onu regionumuzun, bütöv MDB məkanının ən maraqlı və göz oxşayan efir məkanlarından biri hesab etmək olar. Televiziyanın studiyaları da göz oxşayır, rəng seçimləri şəxsən məni efirə kilidləyir. İTV rəhbərliyini, bütün əməkdaşları və əməyi keçən hər kəsi təbrik edirəm. Gözəl, baxımlı, maraqlı efir məkanı yaratmısınız. Verilişlərinizin hamısı unikaldır və maraqlıdır. Onun üçün də ayrı-ayrı verilişləri də hallandırmaq istəmirəm ki, haqsızılıq etməyim.
Amma, “3D” verilişiniz haqqında danışacam. Istərdim ki, o ilk zamanlardakı formatına geri dönsün. O verilişin ruhu ciddi ictimai-siyasi deyildi, ciddi fəlsəfi fikirlər məkanı deyildı, o siyasətçilər, ictimai xadimlər üçün şok terapiyası idi və belə də qalmalıdır. Təbii ki, insanların şəxsiyyətinə və mənliyinə toxunmadan.
Siz siyasi, ictimai, elmi və digər sahələrdə çəkili insanları dəvət edin. Əgər onlar gəlməsə, narahat olmayın. Yerində başqa bir 3D otursun, suallar verin, cavablar alın. Maraqlı olsun, suallar kəskin olsun, digər verilişlərinizdə müzakirə olunan məsələlərdən tam kənar olsun.
Bütün televiziyalara isə arzum budur ki, bizim efir məkanlarında sağlam tənqid səsləndirən verilişlərin sayı çoxalsın. Yalançı, boğazdan yuxarı təriflər, yaltaqlıq təbliq edən verilişlər, yerli-yersiz təriflər ölkənin inkişafına yox, geriləməsinə səbəb olur.
Düşük, bayağı, çığırtı-bağırtı olan verilişlər cəmiyyətimizin mədəni və intellektual səviyyəsinin aşağı düşməsinə səbəb olur. Onun üçün də gərək biz düşünək ki, televiziyalara hansı köməkliyi edək ki, onlar bu cür verilişlər üzərində reytinq qurub pul qazanmasınlar. Razıyam ki, onlara başqa mümkün mənbələrdən pul qazanmağa imkan yaradılsın ki, onlar maliyyə arxasınca düşüb cəmiyyətə lazımsız məlumatlar ötürən verilişlər hazırlamasınlardeyə millət vəkili vuqrğulayıb.