Beş qanun layihəsi qəbul edildi

Milli Məclisin deputatları bu gün keçirilən iclasda gündəliyə təklif olunan beş məsələyə üçüncü oxunuşda münasibət bildiriblər.

Deputatlar beş qanun layihəsini qəbul ediblər.

Belə ki, Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib.