Elnur Rzayev Ağtala sakinləri ilə görüş keçirdi

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Ağtala kəndində səyyar qəbul keçirib.

Xaçmaz RİH-in məlumatına görə, qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndələyinə daxil olan Nərəcan, Ağtala, Mürşüdoba, Çiləgir, Sabiroba və Mançaroba kəndlərinin sakinləri iştirak edib.

Sakinlər yeni məktəb binasının tikintisi, əlavə subartezian quyusunun qazılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.