Həqiqəti və həqiqəti söyləyənləri hədəf almağı dayandırmaq lazımdır

“Jurnalistlər həqiqəti müdafiə etdikləri kimi, dünya da onların yanında olmalıdır”.

Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı tviterdə yazıb.

O bildirib ki, peşə fəaliyyətlərinə görə jurnalistlərə təzyiq dayandırılmalıdır: “Təhdid və hücumları dayandırmaq lazımdır. Həqiqəti və həqiqəti söyləyənləri hədəf almağı dayandırmaq lazımdır”.

A.Quterreş qeyd edib ki, yalan və dezinformasiyaların yayılmasının da qarşısı alınmalıdır.