Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin Övladlığa götürmə siyasəti şöbəsinin aparıcı məsləhətçisi Aysun Həsənova iştirak edir.

İclasın gündəliyinə dörd məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş).

2. “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş).

3. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).