Məcburi hicabla bağlı qanuna əməl etməyənlərin sayı artır

İranda teokratik rejimin təzyiq və təqiblərinə baxmayaraq, məcburi hicabla bağlı qanuna əməl etməyənlərin sayı artır.
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, artıq İranın iri şəhərlərində qadınların çoxu hicabsız küçəyə çıxır. Bu tendensiya əyalətlərdə özünü göstərir.
Bunu İran hakimiyyətinin hicab mövzusunda yumşalması ilə izah edilsə də, reallıq bundan ibarətdir ki, rejim artıq ölkəyə nəzarəti itirib.
İranlı fəallar isə qadınların hicabsız küçəyə çıxmasını etiraz kimi dəyərləndirirlər.
Hicabdan imtina 22 yaşlı Məhsa Əminin polis bölməsində ölməsindən sonra başlayıb. Məhsa Əmin hicab qanunu pozduğuna görə əxlaq polisi tərəfindən saxlanılıb və bir neçə gün sonra ölüm xəbəri yayılıb.
Onun döyülərək öldürüldüyü iddia edilir. Teokratik rejim bu iddiaları əsassız sayır. Buna baxmayaraq, sentyabr ayından ölkəni etiraz dalğası bürüyüb. Hakimiyyətin aksiyalara zorakı müdaxiləsi isə vəziyyəti daha da gərginləşdirib.

Aksiyalarda minlərlə insanın həbs edildiyi, 400-dən çox etirazçının öldürüldüyü bildirilir. 

İranlı qadınların bu olaylardan sonra da hicab qanuna əməl etməmələri hakimiyyəti çətin vəziyyətə qoyub. Ölkədə qorxu xofunun aradan qalxması teokratik rejimin məcburi hicab kimi mürtəce qanunlarının icrasında problem yaradıb.
Hökumət radikal addımlar atdıqca etirazçılar daha artır.
Digər tərəfdən də ölkədə sosial tələbələrlə lokal aksiyalar keçirilir.
Proses belə davam edəcəyi təqdirdə teokratik rejimin çökməsi uzun çəkməyə bilər.