İcra nümayəndəliyində cinayət işi başlanıb

Bu barədə  Naxçıvan Muxtar Respublikası Prokurluğundan məlumat verilib.

Belə ki, Babək rayon İcra Hakimiyyəti başçısının Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Hümbətov və onun müavini İntizam Məmmədlinin qanunsuz əməlləri barədə Babək rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Eldəniz Hümbətov və İntizam Məmmədlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vərəsəlik hüquqnun tanınması üçün qanunsuz sənədlər verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istfadə etmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İbtidai istintaq davam etdirilir.