İçərişəhərdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərgi açıldı-Fotolar

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 8 may 2023-cü il tarixində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərgini açılışı Bakı Fotoqrafiya Evində həyata keçirilmişdir.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Şahin Seyidzadə, millət vəkili Nigar Arpadarai və digər qonaqlar sərgi ilə tanış olmuşlar.
XALQ.AZ xəbər verir ki, sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillər tanınmış fotoqraflar Rafiq Bağırov, Yaşar Xəlilov, Oqtay Məmmədov və digərlərinin işlərində nümayiş olunmuşdur.
Rafiq Bağırov peşəkar həyatının bir çox illərini Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı qismində keçirmişdir.
Sərgi 8-14 may 2023-cü il tarixlərində həyata keçirilir.